27 may 2026 22:30
58

Rubio: TRIPP layihəsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin əsas elementidir

TRIPP layihəsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin əsas elementidir.

“İki sahil” xəbər verir ki, bu sözləri ABŞ-nin Dövlət katibi Marko Rubio Kabinet iclasında deyib.

O, ötən gün Ermənistana səfəri zamanı müvafiq layihənin paraflandığını xatırladıb.

Xatırladaq ki, mayın 26-da Ermənistan ilə ABŞ arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişi paraflanıb.