28 may 2026 14:32
80

İsrailin Livana hava hücumları nəticəsində...

Mayın 27-28-də İsrailin Livanın Tir şəhərinə və digər ərazilərə hava hücumları nəticəsində 9 nəfər ölüb, 37 nəfər yaralanıb.

“İki sahil” "Əl-Cəzirə"yə istinadla xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mayın 27-də Tir şəhərinə zərbə nəticəsində 3 nəfər ölüb, 37 nəfər yaralanıb.

Həmçinin bildirilib ki, İsrailin Livanın cənubundakı Adloun şəhərinə zərəbələri nəticəsində 2 uşaq daxil olmaqla, daha 6 nəfər ölüb.

Qeyd edək ki, daha əvvəl İsrail ordusu Tir sakinlərini şəhərə növbəti hava hücumlarına hazırlıq məqsədilə dərhal təxliyə olunmağa və Zəhrani çayının şimalına getməyə çağırmışdı.