Çexiya sakini lotereyada ölkə tarixində ən böyük məbləğdə pul - 120 milyon avro udub.
“İki sahil” xəbər verir ki, bu barədə "İdnes" xəbər portalı məlumat yayıb.
Mənbə qeyd edir ki, ölkədə əvvəlki rekord 2015-ci ilin mayında qeydə alınmışdı. Həmin vaxt başqa bir yerli sakin təxminən 100 milyon avro qazanmışdı.
Mövcud qanunvericiliyə əsasən, lotereya təşkilatçıları iki ay ərzində bütün uduş məbləğini qalibin bank hesabına köçürməlidir. Qüvvədə olan qaydalara görə, uduşdan 10% yox, 15%-lik vergi tutularaq dövlət xəzinəsinə köçürüləcək. Bu isə öz növbəsində 437 milyon kron (təxminən 18 milyon avro) təşkil edir.