Ukrayna müharibənin 1555-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 360 110 hərbçi, 11 956 ədəd tank, 24 625 ədəd zirehli döyüş maşını, 42 832 ədəd artilleriya sistemi, 1 806 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 397 hava hücumundan müdafiə sistemi, 436 ədəd hərbi təyyarə, 353 ədəd helikopter, 1492 ədəd yerüstü robot-texnika kompleksi, 99 906 ədəd avtomobil texnikası, 314 902 ədəd PUA, 4 687 qanadlı raket, 33 gəmi/kater, 2 sualtı qayıq, 4 227 xüsusi avadanlıq itirib.