28 may 2026 18:52
90

Kiçik su hövzəsində çimərkən ehtiyatsızlıq nəticəsində suda boğulub

Cəlilabad rayonunda 18 yaşlı gənc suda boğulub.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Privolnye kəndində baş verib. Kənd sakini, 2007-ci il təvəllüdlü Abbasov Elşən Cəlal oğlu qardaşları ilə birlikdə kənd ərazisindəki kiçik su hövzəsində çimərkən ehtiyatsızlıq nəticəsində suda boğulub. Mərhumun meyiti sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.