29 may 2026 19:40
77

Polşaya ilk "F-35" qırıcıları təhvil verilib

Polşaya ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) silahlanmasına daxil ediləcək ilk "F-35" qırıcıları təhvil verilib.

“İki sahil” xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının (NATO) "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Bu həm Polşa HHQ, həm də NATO-nun şərq cinahı üçün tarixi hadisədir və regionda daimi yerləşdirilən beşinci nəsil döyüş təyyarələrinin meydana gəlməsini simvolizə edir", - məlumatda qeyd olunub.