03 iyun 2026 01:26
91

Rusiya Ukraynanın itkilərini açıqladı - 1560-cı gün

Rusiya müharibənin 1560-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 671 təyyarəsi, 284 helikopteri, 154 703 PUA-sı, 661 zenit-raket kompleksi, 29 581 tank və digər zirehli texnikası, 1 729 reaktiv yaylım atəş sistemi, 35 183 artilleriya və minaatanı, 63 177 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.