02 iyun 2026 16:20
122

Finlandiya Rusiya aktivlərini müsadirə edib

Finlandiya Borc Yığımı İdarəsi təxminən 4 milyon avro dəyərində Rusiya aktivlərini müsadirə edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Yle" məlumat yayıb.

"İdarə  təxminən 4 milyon avro dəyərində Rusiya aktivlərini müsadirə edib. Əvvəlki kimi, ərizəçi Ukraynanın dövlətə məxsus enerji şirkəti Naftogaz və onun törəmə şirkətləri idi", - "Yle" yazır.

Bu vəsaitlərin Moskvanın Aİ ilə sərhədyanı əməkdaşlıq proqramının bir hissəsi olaraq Helsinkiyə köçürdüyü vəsaitlərlə bağlı olduğu müəyyən edilib.