02 iyun 2026 16:29
117

Ermənistan Rusiyanın qadağan etdiyi məhsulları Avropa İttifaqına ixrac edib

Rusiya tərəfindən idxalı məhdudlaşdırılan Ermənistan mallarının ilk partiyaları artıq Avropa İttifaqına ixrac edilib.

“İki sahil” "Kommersant" istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.

"Bir sıra biznes nümayəndə heyətləri artıq işləyir və qızılgül və tərəvəzlərin ilk partiyası göndərilib. Heç bir məhsul qalmayacaq", - deyə Paşinyan bildirib

O, əlavə edib ki, məhsulların göndərildiyi ölkələr təyinat yerinə çatdıqda açıqlayacaq. Baş nazir aydınlıq gətirib ki, bu, həm Avropa İttifaqına, həm də digər bazarlara aiddir.

Bu gün Nikol Paşinyan müəyyən Ermənistan məhsullarının Rusiyaya idxalına qoyulan qadağanı siyasi addım adlandırıb. O, iddia edib ki, bu cür tədbirlər insanları Avrasiya İqtisadi Birliyinə qarşı qıcıqlandırır. Baş nazir məhsulun keyfiyyətinin vacibliyini etiraf edib, lakin Ermənistanda keyfiyyətə nəzarətin yüksək olduğunu vurğulayıb.

Paşinyan həmçinin məhsul ixracına qoyulan maneələr səbəbindən zərər çəkən şirkətlərə subsidiyalar ödəyəcəyinə söz verib. Son iki həftə ərzində Rusiya bir neçə aparıcı şirkətdən Ermənistandan gül, pomidor, xiyar, çiyələk, albalı, gavalı, şaftalı, balıq və spirtli içkilərin idxalını məhdudlaşdırıb. Bu gün isə 3 iyun tarixindən etibarən Ermənistandan kartof, badımcan, quru meyvə və nar idxalını dayandıracağı açıqlanıb. Rosselxoznadzor məhdudiyyətləri məhsulların AİB qaydalarına uyğun gəlməməsi ilə əlaqələndirib.