03 iyun 2026 19:48
75

Zatulinin dili çaşıb düzünü dedi

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin Ermənistanın hazırkı vəziyyəti və regionda gedən proseslər barədə danışıb. Təbii ki, baş verən hadisələrə ağlının kəsdiyi qədər qiymət verməyə çalışan başabəla deputat gah heç özü də düşünmədən həqiqəti söyləyib, gah da həmişəki kimi qargüruhçu avantürist olaraq digər dövlətlər barədə sərsəm fikirlər səsləndirib.

O, Tramp marşrutu (Zəngəzur dəhlizi) layihəsini guya İranın blokadaya alınmasına yönəlmiş layihə kimi qiymətləndirib. Bildirib ki, bu ssenaridə Ermənistana da ayrıca rol ayrılıb. Əslində, onun əndişəsi Ermənistanla bağlı deyil. Onlar yüz ildən artıq Cənubi Qafqazı öz təsir dairəsinə salmaq siyasəti yürüdən ABŞ-ın öz planını gerçəkləşdirməyin bir addımlığında olmasından təşvişə düşüblər. ABŞ-ın, Fransanın və bəzi dövlətlərin Ermənistanın arxasında durmaları rəsmi Kremlin regiondakı əvvəlki kəskin hökmünü zəiflədir. Artıq keçmiş müti “müttəfiq” respublikalar yüz ildən də çox müddətdə əlindən zülm çəkdiyi imperiya asılılğından uzaqlaşırlar. Bunların biri də Ermənistandır. Zatulin və onun kimilərini yandırıb-yaxan odur ki, Türkiyədən, İrandan və Livandan daşıyıb Azərbaycan ərazisində Ermənistan adında qondarma dövlət quraşdıran Rusiya artıq iki yüz il bəslədiyi ermənilər tərəfindən qəbul edilmir. Onlar daha vassal olmaq istəmirlər. Kremlin Dugin, Solovyov və digər səfeh ideoloqları müstəqilliyinə qovuşmağa cəhd edən Ermənistan iqtidarının cəzalandırmasını tələb edirlər. Zatulin də onların qan iyi gələn fikirlərini tutuquşu kimi təkrarlayıb durur.

Zatulinin sözlərinə görə, Zəngəzur dəhlizi layihəsində Avropa ölkələrinin iştirakı nəzərdə tutulmur. O qeyd edib ki, Ermənistan hazırda ilk növbədə Azərbaycan və Türkiyənin davranışından asılı vəziyyətdə qalır. Ola bilsin ki, şarlatan deputat bu fikirləri səsləndirərkən kasıb ağlını itirərək aqoniya vəziyyətində olub, çünki bu yaşına çatmış Zatulinin ədalətlə, qərəzsiz danışdığını hələ göməmiş, eşitməmişik. Bəli, yəqin həmişə topuq çalan dili bu dəfə çaşıb düzünü deməli olub.

Zatulin elə bir iyrənc şəxsdir ki, üç Cənubi Qafqaz ölkəsinin heç birində onu nəinki qəbul etmir, həm də arzuolunmaz şəxs kimi “persona-non-qrata” elan edilir. Ancaq bu avantüristin deməyə dili gəlmir ki, Türkiyə-Azərbaycan və Ermənistan normal münasibətlər və qarşılıqlı iqtisadi əməkdaşlıq şəraitində yaşamaq yolunu tutublar. Yəni, daşnak düşmənçiliklərinə əlvida...

Rusiyalı başabəla siyasətçi əlavə edib ki, Ermənistanın geosiyasi seçimi Rusiya ilə Türkiyə arasında formalaşır. Nikol Paşinyan onun əlkəsi ilə bütün əlaqələrin kəsilməsinə cəhd edir. Zatulin bir belə biabırçılıqlardan sonra yenə Ermənistandan əl götürmək istəmir. Ermənistan bunların sinəsindən vurub geri itələsə də, yenə araya soxulmağa, hələ tam dəfn edilməmiş daşnakçılığı diriltməyə cəhd göstərirlər. İndi dövr dəyişib. “Tupoy” Zatulin hələ də bunu anlamır və ya həzm edə bilmir. Ancaq anladacaqlar. Ona çox qalmayıb.

Vəli İlyasov, “İki sahil”