Dünyanın ən varlı 500 insanının ümumi sərvəti cəmi bir gün ərzində rekord həddə — 336 milyard ABŞ dolları məbləğində artıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Agentliyin yazdığına əsasən, Nyu-York fond bazarında ticarətin yekunlarına görə, planetin ən zəngin şəxslərinin sərvətində qeydə alınan artım müşahidələrin aparıldığı dövr ərzində ən böyük gündəlik artım olub.
Məqalədə qeyd edilir ki, bunun nəticəsində həmin 500 milyarderin ümumi sərvəti rekord göstərici olan 13,3 trilyon ABŞ dollarına çatıb.