16 iyun 2026 16:16
103

Almaniya sənayesi pandemiyadan sonra minlərlə iş yerini itirib

Almaniyanın metallurgiya və elektrotexnika sektorlarında 2026-cı ilin aprel ayında 15 mindən çox iş yeri ixtisar edilib. Bu göstərici COVID-19 pandemiyası dövründən bəri qeydə alınan ən ciddi azalma hesab olunur.

“İki sahil” xəbər verir ki,  Almaniyanın metallurgiya və elektrotexnika sənayesi işəgötürənlərinin ittifaqı olan Gesamtmetall təşkilatının bəyanatında bildirilir ki, mövsümi dəyişikliklər nəzərə alınmaqla, 2026-cı ilin mart ayı ilə müqayisədə aprel ayında 15,6 min iş yeri itirilib.

“2026-cı ilin mart ayı ilə müqayisədə mövsümi amillər nəzərə alınmaqla 15,6 min iş yeri ixtisar olunub. Bu, 2020-ci ilin iyul ayından bəri ən güclü azalma göstəricisidir”, – deyə təşkilatın açıqlamasında qeyd edilir.

Saksoniya federal torpağının Baş naziri Mixael Kreçmer Almaniyanın ciddi böhrana doğru irəlilədiyini vurğulayaraq, Berlinin digər ölkələrin təcrübəsini öyrənməsinin vacibliyini qeyd etmişdi.