17 iyun 2026 09:41
108

İsveçrə "F-35" alışına 496 milyon dollar ayıracaq

İsveçrə parlamentinin yuxarı palatası ABŞ-nin "F-35" qırıcılarının alınması üçün 394 milyon frank (təqribən 496 milyon dollar) məbləğində əlavə vəsaitin ayrılmasını razılaşdırıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Tribune de Genève" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, qərar 2026-cı il üçün müdafiə hesabatının müzakirəsi çərçivəsində qəbul edilib. Ümumilikdə parlamentarilər 3,4 milyard frank məbləğində hərbi xərcləri təsdiqləyiblər.

Qeyd olunub ki, İsveçrə Federal Şurası əsas diqqəti yerüstü hava hücumundan müdafiənin gücləndirilməsinə, kiçik pilotsuz uçuş aparatlarından (PUA) qorunmağa və kibertəhlükəsizliyin inkişaf etdirilməsinə yönəldib. Əlavə maliyyələşdirmə azı 30 ədəd "F-35" qırıcısının alınmasını təmin etməyə imkan verəcək.