ABŞ-ın vitse-prezidenti J. D. Vens bildirib ki, hələ 2024-cü ildə ABŞ-ın Ukrayna ilə Rusiya arasındakı hərbi potensial fərqini aradan qaldırmaq imkanlarının məhdud olduğu qənaətinə gəlmişdi.
Bu barədə onun yeni nəşr olunan Communion: The Search for My Path Back to Faith (“Birlik: İnama qayıdış yolumun axtarışında”) adlı kitabında qeyd olunur.
“İki sahil” xəbər verir ki, bununla bağlı RIA Novosti məlumat yayıb.
Vens kitabında yazır ki, Ukrayna və Rusiya arasında hərbi gücün tətbiqi imkanları baxımından böyük fərq mövcud idi və ABŞ təkbaşına Ukraynanın bu fərqi azaltmasına kömək etmək iqtidarında deyildi.
“Ukrayna ilə Rusiyanın hərbi gücü proyeksiya etmək imkanları arasındakı fərq çox böyük idi və biz təkbaşına ukraynalılara bu fərqi azaltmağa kömək edə bilmirdik”, – deyə Vens qeyd edib.
ABŞ vitse-prezidenti kitabında həmçinin bildirib ki, Vladimir Putin Rusiya cəmiyyətində yüksək dəstəyə malikdir. Onun sözlərinə görə, Rusiya prezidentinin ölkə daxilindəki populyarlığı Qərbdə formalaşan təsəvvürlərdən fərqli olaraq kifayət qədər yüksək səviyyədədir.