17 iyun 2026 19:14
99

Brad Şerman məkrli dairələrin marionetkası rolunda

Bəzi Qərb ölkələrindəki rəsmilərin və qurumların Azərbaycana qarşı təxribat xarakterli bəyanatları, siyasi əxlaqdan uzaq qərəzli mövqeləri bu gün də davam edir.  Məkrli dairələrin marionetkasına çevrilən, xirtdəyəcən korrupsiya və rüşvət çirkabına bulaşan, erməni lobbisinin çirkli pulları ilə bəslənən mənfur niyyətli bu qüvvələr davamlı olaraq Azərbaycana təzyiq göstərmək üçün ən çirkin üsullara əl atır, qərəzli kampaniya aparırlar. 

Bu ünsürlər vaxtaşırı ölkəmizin haqqında həqiqətə uyğun olmayan təhdidedici fikirlər səsləndirir, yandaş media vasitəsilə ölkəmizə qarşı “qara piar” kampaniyası aparırlar.  Azərbaycana qarşı qərəzli mövqe tutan, əsassız iddialar səsləndirən, davamlı olaraq qeyri-obyektiv yanaşma nümayiş etdirən məlum dairələr hələ də öz çirkin xislətlərindən əl çəkə bilmirlər. Həmin qüvvələr ölkəmizə qarşı məkrli niyyətlərini ikili standartlar, əsassız iddialar, yalan məlumatlar üzərində qurulmuş arqumentlərlə ört-basdır etməyə cəhd eetsələr də heç nəyə nail ola bilmirlər.

ABŞ konqresmeni Brad Şermanın Ruben Vardanyan və digər müharibə cinayətkarlarının azad edilməsi, 907-ci düzəlişin qüvvədə saxlanması tələbi ilə bu Konqrensin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinə təqdim etdiyi layihə bunun bariz nümunəsidir. Deyəsən erməni lobbisinin çirkli pulları ilə bəslənən Brad Şerman unudur ki, onun azadlığa buraxılmasını tələb etdiyi şəxslər Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş, yüzminlərlə vətəndaşımızın köçkün vəziyyətinə düşməsinə səbəb olmuş, mülki infrastrukturun və mədəni irsin dağıdılmasında, soyqırımı, ekosid, urbisid və mədəni qırğın aktlarında birbaşa rol oynamış müharibə cinayətkarlarıdır.

Bu günlərdə Azərbaycanın bir qrup QHT rəhbərlərinin, hüquq müdafiəçilərinin məsələ ilə bağlı ABŞ Konqrensinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinə ünvanladıqları məktubda qeyd olunub ki, yerli qanunvericiliyə və beynəlxalq hüquqi alətlərə uyğun olaraq, Azərbaycanın tam ixtiyarı var ki, bu cinayətləri araşdırsın, günahkarları məhkum etsin. Həmçinin vurğulanıb ki, bununla bağlı məhkəmə prosesləri də açıq formada aparılıb, təqsirləndirilən şəxslərə zəruri hüquqi imkanlar yaradılıb.

Mister Şerman və onun kimilər unudurlar ki, Azərbaycan 30 ilə yaxın erməni işğalına məruz qaldı. Bu işğal və etnik təmizləmə nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşdü və 1 milyon azərbaycanlı Ermənistan tərəfindən öz doğma torpaqlarından qovuldu. Azərbaycan qırx dörd günlük Vətən müharibəsində tarixi Zəfəri ilə ərazi bütövlüyünü, daha sonra birgünlük lokal antiterror tədbirləri ilədə tam suvrenliyini bərpa etdi. Beləliklə, 28 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyən Ermənistan cəmi qırx dörd gün ərzində öz məğlubiyyəti ilə barışmalı oldu.

Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həyata keçirdiyi haqq-ədalət müharibəsindən sonra bölgədə davamlı sülh üçün şərait yarandığı bir dönəmdə Şerman kimilərin ölkəmizə qarşı təhrikçi açıqlamaları dezinformasiyanın və həyasızlığın pik nöqtəsidir. Amerikalı konqresmenin qərəzli və qeyri-obyektiv mövqeyi Azərbaycanla Ermənistan arasında sülh prosesinə də zərbə vurur. Yəqin ki, erməni lobbisinin sifarişi, Samvel Karapetyan və Ruben Vardanyan kimilərin maliyyə dəstəyi ilə Azərbaycana qarşı qərəzli kampaniya aparan, regional sülhə ağır zərbə vurmaq istəyən cinayətkar şəbəkənin üzvləri-Luis Okampa, Jozep Borrel kimi Brad Şerman da tezliklə ifşa olunacaq.

Zahid Rza, “İki sahil”