23 iyun 2026 16:02
103

Uşakov: G7 sammiti Qərb ölkələrinin rolunun dəyişdiyini müşahidə etdik

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov “Primakov qiraətləri” forumunda maraqlı bəyanatlarla çıxış edib. O, G7-nin son sammitində Qərb ölkələrinin Ukrayna münaqişəsindəki rollarında ciddi dəyişikliklərin baş verdiyini bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Uşakovun sözlərinə görə, bu sammit Qərb qütbünün Ukrayna mövzusunda öz daxili rollarını yenidən bölüşdürməsi ilə diqqət çəkib: “Bu sammit Qərb tərəfdaşlarının ifa etdikləri 'Ukrayna dramı'nda bəzi rolların yerdəyişməsi ilə yaddaqalan oldu. Avropalı siyasətçilər əvvəlki geosiyasi xəttin gətirdiyi fəsadları arxa plana keçirmək üçün hər şeyə cəhd etdilər.”

Uşakovun bu şərhləri fonunda, beynəlxalq mediada da diqqətçəkən məlumatlar yayılıb. "Bloomberg" agentliyinin hesabatına görə, avropalı liderlərin sıx diplomatik səyləri və təsiri nəticəsində ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı mövqeyində dəyişiklik müşahidə olunub. Məlumatda Trampın rəsmi Kiyevə dəstək xəttinə doğru yaxınlaşdığı vurğulanır.