08 iyul 2026 13:40
109

Dörd  klubumuz avrokuboklarda mübarizə aparacaq

2026-2027-ci il mövsümündə Azərbaycanın dörd voleybol klubu avrokuboklarda iştirak edəcək. “İki sahil” xəbər verir ki, yeni mövsümdə ölkəmizi Avropa arenasında iki qadın və iki kişi komandası təmsil edəcək. Son ölkə çempionları “Turan” və “Xilasedici” klubları CEV Çempionlar Liqasında, çempionatın gümüş mükafatçıları “DH Volley” və “ORDU” komandaları isə CEV Çelenc Kubokunda çıxış edəcəklər.
Qeyd edək ki, avrokubokların püşkatma mərasimi iyulun 15-də onlayn (https://www.youtube.com/@CEVolleyball) formatda keçiriləcək. Püşkün nəticələrinə əsasən Azərbaycan təmsilçilərinin rəqibləri müəyyənləşəcək.