ABŞ Silahlı Qüvvələrinin İran ərazisinə endirdiyi hərbi zərbələr BMT Nizamnaməsinin prinsiplərini və tərəflər arasında imzalanmış İslamabad Qarşılıqlı Anlaşma Memorandumunun şərtlərini birbaşa pozur.
“İki sahil” xəbər verir ki, bu barədə İranın Xarici İşlər naziri Abbas Əraqçi Pakistan Quru Qoşunlarının Baş Qərargah rəisi Qəmər Caved Bacva ilə keçirdiyi telefon danışığı zamanı bəyan edib. İranlı nazir rəsmi Vaşinqtonu regionda növbəti "avantüralara" əl atmamaq barədə kəskin şəkildə xəbərdar edib.
İran XİN-in yaydığı rəsmi məlumatda qeyd olunur ki, Abbas Əraqçi və Qəmər Caved Bacva Yaxın Şərqdə son günlər sürətlə alovlanan hərbi eskalasiyanı ətraflı müzakirə ediblər. Xarici İşlər nazirinin sözlərinə görə, ABŞ rəsmilərinin son bəyanatları Ağ Evin bölgədə aşkar şəkildə müharibəyə yönəlmiş aqressiv siyasət yürütdüyünü sübut edir. Əraqçi telefon danışığında "İran xalqının və İslam Respublikasının rəşadətli silahlı qüvvələrinin ölkənin suverenliyini qorumaq üçün sarsılmaz əzmə malik olduğunu" bir daha təsdiqləyib.