28 avqust 2026 22:16
153

Qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda mübarizə başa çatıb

Azərbaycanın ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda mübarizə başa çatıb. Milli Gimnastika Arenasında təşkil olunan yarışın sonuncu günündə ilk olaraq İspaniya - Rumıniya qarşılaşması baş tutub. Bu oyun Rumıniyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

C qrupunun son oyunu isə Azərbaycan və Niderland komandaları arasında olub. Gərgin keçən bu görüşdə Niderland 3:1 hesabı ilə qalib gəlib.

Səkkiz günün yekun nəticəsinə əsasən C qrupunun lideri 13 xalla (5 oyun, 5 qələbə) Belçika olub. Niderland 12 xalla (5 oyun, 4 qələbə, 1 məğlubiyyət) ikinci, Azərbaycan 8 xalla (5 oyun, 3 qələbə, 2 məğlubiyyət) üçüncü, Portuqaliya 5 xalla (5 oyun, 2 qələbə, 3 məğlubiyyət) dördüncü, Rumıniya 6 xalla (5 oyun, 1 qələbə, 4 məğlubiyyət) beşinci, İspaniya 1 xalla (5 oyun, 5 məğlubiyyət) sonuncu yerdədir. 

Beləliklə, Bakının ev sahibi olduğu C qrupundan Belçika, Niderland, Azərbaycan və Portuqaliya pley-offa vəsiqə qazanıblar. Bu komandalar pley-offda A qrupunun komandaları ilə yarışacaq. 1/8 final mərhələsinin oyunları 31 avqust-1 sentyabrda İstanbulda baş tutacaq.