Tərtərdə kişi su götürmək istəyəndə kanala yıxılaraq boğulub.
Hadisə rayonun Cəmilli kəndində baş verib.
Kənd sakini Ağa Məmmədov Soqovuşandan gələn beton kanaldan su götürmək istəyərkən ehtiyatsızlıqdan kanala yıxılıb. Bir neçə saatdan sonra onun nəşi düşdüyü yerdən bir neçə kilometr metr aralıda sakinlər tərəfindən aşkar edilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
"Report"