31 avqust 2026 10:25
102

Azərbaycan XİN Qırğızıstanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XIN) Qırğızıstanı Milli Günü münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.

"Qardaş Qırğızıstan xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Milli Günün mübarək, Qırğızıstan!" - paylaşımda qeyd olunub.