Taktiki ballistik raketləri tutmaq qabiliyyətinə malik zenit-raket sisteminin yaradılması planlaşdırılır.
Tayvanın müdafiə idarəsi "Tiangung-3" (həmçinin "Strong Bow" kimi tanınan) zenit-raket kompleksinin təkmilləşdirilmiş versiyasının işlənilməsinə və yerləşdirilməsinə 36 milyard Tayvan dolları (1,13 milyard dollar) xərcləməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə "Focus Taiwan" informasiya portalı məlumat verib.
Portalın məlumatına görə, idarə 2026-2032-ci illər dövründə bu proqramın inkişafı üçün büdcəyə 36 milyard Tayvan dolları ayırıb. Taktiki ballistik raketləri tutmaq qabiliyyətinə malik zenit-raket sisteminin yaradılması nəzərdə tutulub. Nəşr qeyd edir ki, raketlərin ilk partiyası 2028-ci ildə tədarük olunmalıdır.
2025-ci ilin sentyabrında Tayvanın Çunşan Elm və Texnologiya İnstitutunun prezidenti Li Şizyan bildirmişdi ki, "Tiangung-3" sisteminin təkmilləşdirilmiş versiyası olan "Strong Bow" sistemi 70 km-ə qədər hündürlükdə qanadlı və ballistik raketləri tutmaq üçün nəzərdə tutulub.
İraq sentyabrın 30-dan sonra beynəlxalq koalisiyanın bir hissəsini saxlamaqla razılaşmayıb
MKİ ilə bağlı şirkət Almaniya dron istehsalçısına ABŞ bazarına çıxmağa kömək edib