10 sentyabr 2026 15:17
92

NATO Hörmüz boğazında minaxtarma əməliyyatlarında iştirak etmir

NATO Hörmüz boğazında minaxtarma əməliyyatları həyata keçirmir, lakin vəziyyəti diqqətlə izləyir.

“İki sahil” TASS-a istindla xəbər verir ki, bu barədə alyansın baş katibi Mark Rutte Berlində səfərdə olarkən bildirib.

"Bu, NATO-nun ərazisinə aid deyil. Əlbəttə ki, baş verənləri izləyirik, NATO ölkələri sıx şəkildə koordinasiya olunurlar. Burada vacib bir Fransa-Britaniya təşəbbüsü mövcuddur. Latviya, Litva və digər bəzi ölkələr də fəallıq göstərirlər. Onlar öz adamlarını təhlükəyə atmırlar, lakin minaxtarma işlərinə kömək edirlər. Hər şey ABŞ ilə əməkdaşlıq çərçivəsində baş verir. Bu, NATO missiyası deyil, lakin biz izləyir və bacardığımız qədər kömək edirik", – deyə Rutte qeyd edib.

Onun çıxışı alyansın sosial şəbəkələrdəki səhifələrindən yayımlanıb.