10 sentyabr 2026 15:20
87

Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini ELAN EDİB

Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə diplomatik əlaqələri kəsmək qərarına gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə Əlcəzairin dövlət televiziyası məlumat yayıb.

Yayılan bəyanata əsasən, ölkə ikitərəfli əlaqələri qoruyub saxlamaq üçün bütün vasitələrin tükənməsindən sonra BƏƏ ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib.

Əlcəzair ilə BƏƏ arasında münasibətlər daxili işlərə müdaxilə və regional təhlükəsizlik problemləri üzrə yaranan ziddiyyətlər səbəbindən mürəkkəbləşmişdi. 2025-ci ilin oktyabrında respublikanın prezidenti Əbdülməcid Təbbun Körfəz ölkələrindən biri ilə münasibətlərin Qətər, Küveyt, Oman və Səudiyyə Ərəbistanı ilə olan əlaqələr səviyyəsində inkişaf etmədiyini bildirmiş və həmin ölkəni Əlcəzairin sabitliyinə təsir göstərməyə cəhdlərdə ittiham etmişdi.