10 sentyabr 2026 14:35
74

Çexiyanın Baş naziri: Avropa İttifaqının problemləri getdikcə çoxalır

Avropa İttifaqının qarşılaşdığı problemlər miqyasca getdikcə daha da böyüyür.

“İki sahil” xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Andrey Babiş Vişeqrad qrupu (Slovakiya, Macarıstan, Polşa, Çexiya) ölkələrinin və Aİ-də sədrlik edən İrlandiyanın sammitində iştirak etmək üçün Bratislavaya uçmazdan əvvəl bəyan edib.

"Mən Vişeqrad qrupundakı həmkarlarıma Aİ-nin əsas problemlərindən bəhs edən məktub göndərmişəm və deyərdim ki, bu problemlər getdikcə böyüyür", – deyə Çexiya hökumətinin başçısı bildirib.

Babiş qeyd edib ki, hazırda hər kəsin müharibədən danışdığı, avropa avtoistehsalçılarının isə maşın istehsalını dayandırdığı bir dövrdə yaşayırıq. O, ironiya ilə əlavə edib ki, “deyəsən, bundan sonra tank istehsal edəcəklər”.

Həmçinin Rusiyanın Baltikyanı ölkələrdən birinə hücum etmək riskinin həqiqətən mövcud olduğu fikirləri müzakirə olunur ki, bu da ümumilikdə Avropanın aşağı düşən rəqabətqabiliyyətinə mənfi təsir göstərir. Baş nazir 2025-ci ildə tətbiq olunan emissiya ticarəti sistemini sərt şəkildə tənqid edərək bildirib ki, əgər Avropa sənayeyə həqiqətən kömək etmək istəsəydi, bu sistemi ləğv edərdi. O, həmçinin avtomobil yanacağı qiymətlərinin artmasını Avropa üçün yeni problem adlandırıb.