30 sentyabr 2026 15:17
100

Təhlükəsizlik vəziyyəti ilə əlaqədar ABŞ-a səfərini ləğv etdi

İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi Eyal Zamir ölkədəki təhlükəsiz olmayan vəziyyətlə əlaqədar oktyabr ayına planlaşdırılan ABŞ-yə səfərini ləğv edib.

“İki sahil” xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.

Onun məlumatına görə, Zamirin ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri və ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri ilə görüşməsi planlaşdırılırdı. Tərəflər İran ətrafındakı münaqişə və digər təhdidlərlə əlaqədar əməkdaşlığı müzakirə etməli idilər.

Ynet nəşrinin iddia etdiyinə görə, İsrail Baş Qərargahının rəhbəri Amerika tərəfinə bildirib ki, İsrail ordusunun yüksək döyüş hazırlığı vəziyyətində olmasını nəzərə alaraq, ölkəni tərk etməyi və hadisələri xaricdən izləməyi düzgün hesab etmir.