ABŞ-nin milli təhlükəsizlik strategiyasına Polşada daimi hərbi bazanın yaradılması daxil edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Polşanın Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosinyak-Kamış bəyan edib.
Kosinyak-Kamış TVP Info telekanalının yayımladığı mətbuat konfransında bildirib: "Bu gün səhər mən ABŞ səfiri Tom Rouzdân Pentaqon tərəfindən həyata keçirilən milli təhlükəsizlik strategiyasının icrası barədə məlumat aldım. Bu strategiyada təsvir olunan əsas bəndlərdən biri də Polşada daimi Amerika hərbi bazasının yaradılmasıdır".
Bundan əlavə, polşalı nazir bir daha təkrar edib ki, Pentaqonun Avropadakı amerikalı hərbi qulluqçuların sayına yenidən baxılmasının nəticələri Varşavaya mənfi təsir göstərməyəcək.
İsrail "Boeing 737" ilə bağlı hadisəni terror aktı cəhdi kimi nəzərdən keçirir