İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Fars körfəzində dörd gəmiyə zərbələr endirildiyini bəyan edib.
“İki sahil” "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında bildirilib.
İran tərəfinin iddialarına görə, zərbələrdən sonra gəmilərdə yanğınlar baş verib. SEPAH həmçinin Hörmüz boğazının qərbində daha üç gəminin minaya düşdüyünü bildirib.
Bəyanatda ABŞ Silahlı Qüvvələri tərəfindən gələcək eskalasiyanın regiondakı ABŞ bazalarına birbaşa zərbələrlə nəticələnə biləcəyi barədə xəbərdarlıq yer alıb.
"The Independent"in jurnalistinə Trampın səfərini işıqlandırmaq qadağan edilib
Si Cinpin Çinin KXDR ilə strateji əməkdaşlığı gücləndirməyə hazır olduğunu açıqlayıb
Tramp Putin və Si Cinpinlə mümkün görüşün mövzusu kimi nüvə tərskilahını açıqlayıb