Fransa Prezidenti Emmanuel Makron bu gün Baş nazir Sebastyen Lekornyu və daxili kəşfiyyat xidmətlərinin nümayəndələrinin iştirakı ilə müşavirə keçirəcək.
“İki sahil” xəbər verir ki, bu barədə "BFMTV" telekanalı məlumat yayıb.
Görüşdə həmçinin sahəyə cavabdeh nazirlər də iştirak edəcəklər. Telekanal iştirakçıların dəqiq siyahısını təqdim etmir.
Müşavirənin məqsədi oktyabrın 17-də baş vermiş iğtişaşlar haqqında prezidentə ətraflı məruzə təqdim etməkdir. Həmçinin oktyabrın 24-nə planlaşdırılan yeni etiraz aksiyaları ərəfəsində və yaxın həftələr üçün kəşfiyyat, təhlükələrin proqnozlaşdırılması və təhlükəsizliyin təmin edilməsi sahəsində görülməsi zəruri olan tədbirlər müəyyən ediləcək.
"The Independent"in jurnalistinə Trampın səfərini işıqlandırmaq qadağan edilib
Si Cinpin Çinin KXDR ilə strateji əməkdaşlığı gücləndirməyə hazır olduğunu açıqlayıb
Tramp Putin və Si Cinpinlə mümkün görüşün mövzusu kimi nüvə tərskilahını açıqlayıb