22 oktyabr 2026 09:54
138

Monteneqroda Berlin Prosesi Liderlər Sammiti keçirilir

Monteneqronun Miloçer bölgəsində bu gün Berlin Prosesi Liderlər Sammiti keçirilir.

“İki sahil” xəbər verir ki, sammit Monteneqronun Berlin Prosesinə builki sədrliyinin yekun tədbiridir.

Sammitdə Qərbi Balkan ölkələrinin liderləri, Avropa İttifaqına (Aİ) üzv dövlətlərin nümayəndələri, o cümlədən Avropa Komissiyasının (AK) genişlənmə məsələləri üzrə komissarı Marta Kos da tədbirə qatılacaq.

Monteneqronun sədrliyi dövründə Berlin Prosesi çərçivəsində 14-ü nazirlik səviyyəsində təşkil olunmaqla, ümumilikdə 26 tədbir keçirilib. Bu, Berlin Prosesinin tarixində bir sədrliyin müddətində keçirilən ən çox tədbir göstəricisidir.

Qeyd edək ki, Berlin Prosesi Qərbi Balkan ölkələrinin Aİ-yə inteqrasiyasını, regional əməkdaşlığın gücləndirilməsini və iqtisadi əlaqələrin inkişafını təşviq edən təşəbbüsdür.