22 oktyabr 2026 12:18
127

Petr Pavel: Zəifliyimiz və daxili parçalanmamız səbəbindən Avropanı ciddi qarşılamırlar

Çexiya Prezidenti Petr Pavel zəifliyi və dərin daxili parçalanması səbəbindən Avropanın ciddi qəbul edilmədiyini bəyan edib.

“İki sahil” xəbər verir ki, o, bu fikri Almaniyanın "Bild" qəzetinin baş redaktor müavini Paul Rontsxaymerə müsahibəsində dile gətirib.

"Onlar Avropanı ciddi qəbul etmirlər. Çünki nə qədər parçalandığımızı, nə dərəcədə zəif olduğumuzu və sadəcə bir qərar qəbul etmək üçün nə qədər çox vaxt itirdiyimizi görürlər. Əgər bunu çox tez bir zamanda dəyişməsək, əhəmiyyətsiz bir tərəfə çevriləcəyik", — deyə Pavel Vaşinqton və Moskva arasındakı münasibətlər fonunda Avropa dövlətlərinin niyə "kənarda qaldığı" barədə suala cavab verərkən qeyd edib.

Çexiya prezidentinin qiymətləndirməsinə görə, dünya nizamı sürətlə iri qlobal oyunçuların xeyrinə dəyişir ki, Avropa hələlik bu sıraya daxil deyil.