Bütün dövlətlərin Arktikada fəaliyyət göstərmək hüquq və azadlıqlarına tam şəkildə hörmətlə yanaşılmalıdır.
“İki sahil” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bəyan edib.
"Arktika beynəlxalq ictimaiyyətin ümumi maraqlarına toxunur. Bütün ölkələrin qanuna uyğun olaraq [regionda] fəaliyyət göstərmək hüquq və azadlıqlarına tam şəkildə hörmət edilməlidir", — deyə o, keçirilən brifinqdə vurğulayıb.

Çin XİN-in rəsmi nümayəndəsinin qeyd etdiyi kimi, Çinin Arktikadakı fəaliyyəti bu regionda sülhün, sabitliyin və dayanıqlı inkişafın təşviqinə yönəlib və beynəlxalq hüquq [normalarına] uyğundur.
Xatırladaq ki, oktyabrın 20-də Avropa Komissiyası (AK) Aİ-nin son 30 ildən çox müddətdə ilk dəfə əsas diqqətin hərbi quruculuğa yönəldildiyi yeni Arktika strategiyasını təqdim edib. Strategiyanın xüsusi bəndi Arktikada dəniz nəqliyyatı imkanlarının inkişafına və əsas ticarət yollarının qorunmasına həsr olunub.
Avropa Komissiyası öz sənədində Şimal Dəniz Yolunun adını birbaşa çəkməsə də, sənədin dərcindən bir gün əvvəl Kallas Böyük Britaniyanın "The Times" qəzetinə müsahibə verərək Aİ-nin Rusiyanın Şimal Dəniz Yolu üzərindəki nəzarətinə etiraz etmək və Avropa bloku ölkələri üçün bu yolla tam hərəkət azadlığı tələb etmək planlarını elan etmişdi. Aİ diplomatiyasının rəhbərinin fikrincə, Qərb regionda dominantlığa doğru irəliləyən Rusiya və Çini dayandırmalıdır.
Fransada iqtisadi geriləmə: İnvestorlar Makronun komandasına etimadı itirirlər
Paşinyan: 2027-2028-ci illərdə Azərbaycanla sülh sazişinin imzalanması zəruridir
Zelenski Kiyevdə müəssisələrin və energetika obyektlərinin zədələndiyini etiraf edib
Petr Pavel: Zəifliyimiz və daxili parçalanmamız səbəbindən Avropanı ciddi qarşılamırlar