22 oktyabr 2026 13:06
108

Fransada iqtisadi geriləmə: İnvestorlar Makronun komandasına etimadı itirirlər

Hazırda Fransanın dünya ümumi daxili məhsulundakı (ÜDM) payı 3%-dən az təşkil edir ki, bu da 1980-ci ildəki göstəricidən iki dəfə azdır.

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin icmalçısı Con Oters yazır.

İcmalçının fikrincə, investorlar Fransa Prezidenti Emmanuel Makronun komandasına etimadını itirirlər. Buna səbəb kimi onun 2024-cü ildəki növbədənkənar seçkilərdən sonra nəzarəti itirməsi və 10 illik hakimiyyət müddətinin sona yaxınlaşması göstərilir. Oters qeyd edir ki, Fransa daxili siyasəti də vəziyyətin daha da pisləşməsinə təkan verməkdə davam edir.

Bununla yanaşı, Oters vurğulayır ki, 2010–2012-ci illər böhranından fərqli olaraq, respublikanın maliyyə problemləri hələlik avrozonanın digər ölkələrinə sirayət etmir.

Avropa Statistika Agentliyinin ("Eurostat") məlumatına görə, 2026-cı ilin ikinci rübündə Fransanın dövlət borcu ÜDM-in 119,1%-ni təşkil edib ki, bu da ölkəni Avropa İttifaqı dövlətləri arasında bu göstərici üzrə üçüncü yerə çıxarıb.