08 iyul 2020 16:02
806

ABŞ-da atışma olub

ABŞ-ın Nyu-Cersi ştatında atışma baş verib.

Paterson şəhərində qeydə alınmış hadisə nəticəsində 7 nəfər yaralanıb.

Yaralılardan üçünün vəziyyəti ağır olaraq qiymətləndirilib.

Qeyd olunur ki, atəş açan şəxs avtomobillə hadisə yerindən uzaqlaşıb. Hazırda polis həmin şəxsin axtarışlarını davam etdirir. //Trend