23 yanvar 2020 12:03
976

AÇG və "Şahdəniz" yataqlarından indiyədək 527 milyon tona yaxın neft ixrac edilib

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01.01.2020-cu il tarixinədək 526,6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

Energetika Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, 2019-cu il ərzində 31,2 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib. 2018-ci il ilə müqayisədə 1,4 milyon ton, yəni təqribən 4,3% az neft (kondensatla birlikdə) ixraca nəql edilib.

Bundan əlavə, 2019-cu il ərzində 6 192 min ton neft emal edilib. Neftin emalı 2018-ci illə müqayisədə 104 min ton və ya 1,7 % çox olub.