14 noyabr 2020 22:28
1434

Ağdaşın mərkəzində və Ləki qəsəbəsində qaz təchizatı müvəqqəti dayandırılıb

Bu gün saat 21:00 radələrində magistral kəmərdə aşkarlanan qaz sızmasının ləğvi ilə bağlı Ağdaş rayonunun mərkəzi və Ləki qəsəbəsində qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Bu barədə "İki sahil"ə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, "Qaz İxrac" İdarəsi gecə saatlarında qaz sızmasının ləğvi ilə bağlı təmir işləri aparacaq. Qeyd edilən ərazilərdə qaz təchizatının noyabrın 15-də səhər saatlarında bərpası gözlənilir.