27 yanvar 2020 17:36
921

Almaniya koronavirusa qarşı mübarizəyə hazırdır

Almaniyadakı bütün aeroportlardan beşi qısa müddət ərzində alman ictimaiyyətinin epidemioloji təhlükəsizliyini təmin etməyə qadir olan bütün zəruri vasitələrə və avadanlığa malikdir.

Bu məlumatı AFR-in Mülki Aeroportlar Assosiasiyası yayıb. Məlumata əsasən, kritik vəziyyət zamanı bütün qabaqlayıcı tədbirlər Dünya Səhiyyə Təşkilatının tələblərinə uyğun olaraq qısa müddət ərzində görüləcək. Bu siyahıya Berlin (Tegel, Şönefeld), Frankfurt-Mayn, Münxen, Hamburq və Düsseldorf aeroportları daxildir.

Əgər hər hansı sərnişində koronavirus əlamətləri aşkarlanarsa, o zaman aeroport əməkdaşları bu vəziyyət üçün nəzərdə tutulan protokola müvafiq hərəkət edəcəklər.

Şəhərin digər hava limanlarına gəlincə isə oraya Çindən reyslər daxil olmur. Lakin bununla belə həmin aeroportlar da qısa müddət ərzində yüksək epidemioloji hazırlıq vəziyyətinə gətirilə bilər. //AZƏRTAC