Tədris ilinin başlanması ilə əlaqədar Tovuz rayonunda yaşayan 50 məktəbliyə “ASAN Məktub” çərçivəsində “Bravo” Marketlər Şəbəkəsi və “İnci” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məktəb ləvazimatları təqdim edilib.
Bu barədə "İki sahil"-ə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, qısa zaman ərzində ASAN könüllüləri hədiyyələri Tovuzda yaşayan kiçik sahiblərinə çatdırıblar.