31 may 2020 12:08
1496

Avtomobildə toy etdilər - FOTO

Türkiyənin Kayseri şəhərində karantin rejiminə görə evlənə bilməyən cütlük maraqlı vasitəyə əl atıb.

“İki sahil” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kamal Kayğın və Kübra Emiroğlu toya gələn qonaqları avtomobildə qəbul ediblər. Bunun üçün onlar şəhər valiliyindən icazə alıblar.

Açıq havada keçirilən mərasimdə rəqs edərək əylənən cütlüyü qonaqlar öz maşınlarından izləyiblər.