06 aprel 2020 16:01
3573

Azadlıq Heykəlinin bilinməyən hekayəsi - FOTO

ABŞ-a gəldikdə ağla gələn ilk yer yəqin ki, Nyu-Yorkdur. Nyu-Yorka gəldikdə ağla gələn ilk yerlərdən biri şübhəsiz ki, Azadlıq Heykəlidir.

“İki sahil” xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində yerləşən Azadlıq Heykəli 134 ildir ki, ölkənin rəmzidir. 1886-cı ildə açılan heykəlin maraqlı bir hekayəsi var. 1886-cı ildə açılan Azadlıq Heykəli Fransadan uzun bir səyahət ilə  Nyu-York limanının girişindəki kiçik bir adaya gətirilib.

Fransanın Birləşmiş Ştatların Böyük Britaniyadan müstəqillik elan etməsinin 100 illiyinə hədiyyə olaraq verdiyi Azadlıq Heykəli 1886-cı il iyulun 4-də indiki yerinə qoyulub. Azadlıq Heykəlində simvolizə olunan qadının başındakı tacın 7 iti ucu 7 qitəni və ya 7 dənizi simvolizə edir. 46 metr hündürlüyü olan abidənin ümumi hündürlüyü 93 metrdir. Azadlıq Heykəlinin sağ əlində məşəl, sol əlində bir kitab var. Kitabda 4 iyul 1776-cı il, yəni Amerikanın İstiqlal Bəyannaməsinin tarixi yazılıb.

Heykəltəraş Bartholdiyə bu əsərdə Singer tikiş maşınlarının banisi İsaak Singerin dul arvadı İzabelle Eugenie Boyer modellik edib.

Azadlıq Heykəlinin Nyu-York macərasından əvvəl çox maraqlı bir hekayəsi var. Hekayə Misirin Port Səid şəhərindən başlayır. Süveyş kanalının girişində bir heykəlin qurulması üçün Sultan Abdülaziz tərəfindən Bartholdiyə müəyyən bir ilkin ödəniş ödənib sifariş edilir. Bartholdi də Parisdəki atelyesində heykəli düzəltməyə başlayır. Ancaq Misirdəki qarışıqlıq səbəbiylə Misir hökümdarı heykəlin gətirilməsinə qarşı çıxır.

Azadlıq Heykəli bir müddət Parisdəki Bartholdinin atelyesində saxlanıldıqdan sonra ABŞ-ın müstəqilliyinin 100 illik şərəfinə Nyu-Yorka göndərilir.