19 mart 2019 14:30
483

Azərbaycan İqtisadiyyat Nazirliyi ixracatçılara mənşə sertifikatlarının verəcəyi tarixi açıqlayıb

Azərbaycan İqtisadiyyat Nazirliyi ixracatçılara mənşə sertifikatlarının verəcəyi tarixi açıqlayıb.

Nazirlikdən "İki sahil"ə verilən məlumata görə, Novruz Bayramı ilə əlaqədar martın 20-26 tarixləri qeyri-iş günləri olduğuna görə, ixracatçıların müraciətlərini nəzərə alaraq martın 23-də mənşə sertifikatları veriləcək.

İxrac prosedurunun daha da sadələşdirilməsi məqsədilə Azərbaycanda sahibkarlıq subyektlərinə mənşə sertifikatı bir gün ərzində verilir. 2016-cı ilə qədər ixrac malları üçün mənşə sertifikatı 3 gün ərzində verilirdi.