Azərbaycanda 5G lisenziyalarının əldə edilməsi ilə bağlı tənzimləyici qurum tərəfindən heç bir prosesə start verilməyib.
“İki sahil” xəbər verir ki, bunu "Azerfon" şirkətinin baş icraçı direktoru Qunnar Panke şirkətin 15 illiyinə həsr olunmuş tədbirdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, şübhəsiz ki, lizenziyaların alınması bütün operatorlara şamil ediləcək.
"Biz bununla dayanmayacağıq və bəlkə də, 5G yox, 6G müraciətimizlə daha irəli gedə bilərik", - deyə Q. Panke qeyd edib.
O həmçinin əlavə edib ki, ölkədə 5G ilə bağlı ehtiyac yarandığı halda operator tərəfindən şəbəkənin inkişafı istiqamətində zəruri işlər görüləcək.