11 dekabr 2019 13:31
1255

Azərbaycanda ən çox axtarılan bu mahnı olub - VİDEO

Azərbaycan üzrə ən çox axtarılan mahnı Azərbaycan əsilli iranlı müğənni Avshin Azerinin "Can can" adlı musiqisi olub.

"İki sahil" TED.az-a istinadən xəbər verir ki, bu barədə Google şirkətindən statistika yayımlanıb.

Statistikaya əsasən, azərbaycanlılar Google axtarış çubuğuna ən çox "azəri bass music", "music 2019", "avshin azeri can can", "tiktok azərbaycan" kimi kəlmələri daxil ediblər.

Xatırladaq ki, Avshin Azerinin "Can can" adlı musiqisi yay ərəfələrində yayımlanıb və tez bir zamanda populyarlıq qazanıb.