13 iyun 2019 10:30
2232

Azərbaycanlı rejissorun filmi izlənmə rekordu qırır - VİDEO

Sosial şəbəkələrdə “Aporia Kiyamet deneyi” filminin treyleri böyük ajiotaja səbəb olub.

“İki sahil” xəbər verir ki, sözügedən film ətrafında maraq səngimək bilmir. Film böyük erkanlara çıxmasa da, ekran işinin treyleri izlənmə rekordu qırıb.

“Aporia”nın ssenarisi və rejissorluğu azərbaycanlı Rec Rəvana məxsusdur. Ekran əsəri 12 iyuldan Türkiyədə, sentyabrdan ABŞ-da, noyabrdan etibarən isə Azərbaycan və Avropada nümayiş etdiriləcək.

Qeyd edək ki, film “BDAmerika”, “Sultansoy”, “Canmedia”, “DFGS” şirkətlərinin birgə istehsalıdır.