17 sentyabr 2020 11:13
999

“Azəri-Çıraq-Günəşli”yə bu vaxtadək 43 milyard dollar xərclənib

İndiyədək “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinə 43 milyard dollardan çox sərmayə qoyulub, bundan sonra da bir o qədər investisiyanın xərclənməsi nəzərdə tutulur.

Bu sözləri SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.

O bildirib ki, 2050-ci ilədək AÇG-dən daha 500 milyon tona qədər neft hasil ediləcək. Həmin vaxtadək bu yataqlara indiyə kimi qoyulan qədər, yəni daha 43 milyard dollar sərmayə yönəldiləcək. //AZƏRTAC