24 iyun 2020 14:47
2260

“Azəriqaz”ın mütəxəssisləri onlayn tədbirlərə qatılıblar

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin mütəxəssisləri ayrı-ayrı vaxtlarda bir çox onlayn tədbirlərə qatılırlar.

Bu barədə “Report”a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu günlərdə Birliyin Hüquq departamentinin rəisi Vüqar Eyvazov və İnsan resursları şöbəsinin rəisi Xəqani Bəşirov “Caspian Europian Club”un təşkil etdiyi müzakirələrə qatılıblar.

İdarə, müəssisə və şirkətlərin 60-a yaxın nümayəndələri “Xüsusi karantin rejimi dövründə əmək münasibətləri” mövzusu ətrafında fikir mübadiləsi aparıblar. Sualları Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli cavablandırıb.