21 noyabr 2019 16:51
1030

Bakıda 4 avtomobil toqquşdu: sürücülər arasında dava düşdü - VİDEO

Magistral yolun ortasında bir neçə şəxs davaya qarışır

Bakıda baş vermiş qəza anı kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Aeroport yolunda baş verib. Sol zolaqla hərəkət edən “Subaru” markalı avtomobil qəza işıqlarını yandırır və asta sürətlə gedir. Bu zaman “Toyota” markalı avtomobilin sürücüsü sürəti azaldaraq ona yaxınlaşır və irad bildirir. Elə bu anda arxadan gələn “Hyundai” markalı avtomobil “Subaru”ya dəyir. Zərbənin gücündən “Subaru” “Toyota”ya çırpılır. Digər avtomobil isə “Toyota”ya dəyir. Bütün bu hadisələrin fonunda 5-ci avtomobil son anda yüngül toqquşma ilə qəzadan qurtulur.

Əsl film kimi olaylar isə bundan sonra başlayır. Bir anın içində avtomobillərdən düşən sürücü və şərnişinlər “Toyota” markalı avtomobilə tərəf qaçır. Sürcünü döyməyə başlayırlar. Magistral yolun ortasında bir neçə şəxs davaya qarışır. Sonda ərtafdakı digər avtomobillərin sürücüləri onları ayırırlar.