15 fevral 2019 18:19
884

Baş məşqçi: Qələbə seksdən ləzzətlidir

BATE-nin baş məşqçisi Aleksandr Baqa komandasının Avropa Liqasının 1/16 finalında "Arsenal" üzərində qələbəsini (1:0) şərh edib.

"İki sahil" Goal.az-a istinadən xəbər verir ki, çalıdırıcı qələbənin seksdən ləzzətli olduğunu deyib. "Aydındır ki, cavab qarşılaşması çətin olacaq. Növbəti mərhələnin qapısını bir az aralaya bildik. Londonda ağır oyun gözləyirik. "Arsenal"ın hansı heyətlə oynayacağını təxmin etmişdik. Emeri sürpriz etmədi. Futbolçumuzun meydandan qovulması bizi həvəsdən salmadı. BATE azlıqda da mübarizə apara bildi. Uğuru sekslə müqayisə edərdim. Bu cür qələbə seksdən ləzzətlidir", - Baqa deyib.