28 oktyabr 2020 23:57
666

"Başakşehir"dən növbəti məğlubiyyət, PSJ və "Çelsi"dən ilk qələbələr

UEFA Çempionlar Liqasında II turun növbəti iki görüşü keçirilib.

"İki sahil"-in məlumatına görə, "Krasnodar" Rusiyada İngiltərənin "Çelsi", "Başakşehir" isə Türkiyədə Fransanın PSJ komandasını qəbul edib. Oyunlar qonaqların qələbəsi ilə yekunlaşıb.

"Krasnodar" böyük hesabla məğlub olub - 0:4. "Çelsi"dən 37-ci dəqiqədə Kallum Hadson-Odoi hesabı açıb. Timo Verner 76-cı dəqiqədə penaltidən fərqi artırıb. Son iki qolu 79-cu dəqiqədə Hakim Ziyeş, 90-cı dəqiqədə isə Kristian Pulişiç vurub. Bu nəticədən sonra xalını 4-ə çatdıran "Çelsi" E qrupunda liderliyə yüksəlib. 1 xala malik "Krasnodar" isə 2-ci yerə enib.

"Başakşehir" isə İstanbuldakı "Fatih Terim" stadionunda 0:2 hesabı ilə yenilib. Hər iki qolu Moyze Kin 64 və 79-cu dəqiqələrdə vurub. Bununla da PSJ H qrupunda 3 xalla “Mançester Yunayted” və “Leyptsiq”in liderliklərinə şərik olub. Ardıcıl ikinci məğlubiyyətlə üzləşən "Başakşehir" isə xalsızdır.

Qeyd edək ki, II turun son 6 görüşü Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.