18 sentyabr 2019 13:25
139

Belarusla Azərbaycanın idxal-ixrac əməliyyatlarının həcmi 130 milyon dolları ötüb

Cari ilin yanvar-avqust aylarında Azərbaycan və Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 130 milyon ABŞ dollarını ötüb.

Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, hesabat dövründə Belarusdan Azərbaycana ixracın həcmi 117 milyon 865 min dollar, ölkəmizdən Belarusa ixracın həcmi isə 13 milyon 738 min dollar olub.

Qeyd edək ki, ötən il Azərbaycanla Belarusun idxal-ixrac əməliyyatlarının həcmi 204 milyon dollara yaxın olub ki, bu da 2017-ci ilin göstəricisindən təxminən 56 milyon dollar çoxdur.